cümə, 16 may 2025

DÜNYA FUTBOLU

Messidən etiraf: "Əvəz olunmaqdan xoşum gəlmir"

30.10.2019 14:00 Oxundu 413


Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi əvəzetmələrdən danışıb.

Cempion.az-ın "TYC"a istinadən yaydığı xəbərə görə, o, oyunda ərzində əvəzlənməyi xoşlamadığını deyib:

"Ehtiyat oyunçular skamyasından meydana çıxmağı daha çox üstün tuturam, nəinki əvəzlənməyi. Ona görə belə danışıram ki, matçların çoxunun nəticəsi oyunun sonlarında həll edilir. Çünki çox rəqib sona doğru yorulur".