şənbə, 17 may 2025

BİZİM FUTBOL

AFFA 2 dəqiqəyə görə "Keşlə"ni cərimələdi

30.10.2019 17:00 Oxundu 431


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Cempion.az-ın xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 9-cu  turunda baş verənlər müzakirə olunub.

İntizam Komitəsi yalnız “Keşlə” – “Qəbələ” matçı ilə bağlı cəza verib. Sözügedən görüş “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.

Xatırladaq ki, "Keşlə" - "Qəbələ" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.