şənbə, 17 may 2025

DÜNYA FUTBOLU

Maradona meydançada özünə taxt qurdu

30.10.2019 17:45 Oxundu 397

"Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona yenə maraqlı addımı ilə diqqət çəkib.

Cempion.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi Argentina çempionatının 11-ci turunda "Nyuells Old Boys"la ev oyunu zamanı məşqçilər korpusu üçün ayrılmış skamyada yox, taxtda əyləşib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki,  Maradona "Ximnasiya və Esqrima"nı sentyabrdan çalışdırır. Onun komandası 11 turdan sonra 7 xalla 24 komanda arasında 23-cü yeri tutur.