30.10.2019 18:00
553
553

AFFA-nın baş katibi Elxan Məmmədov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunella ilə görüşüb.
Cempion.az xəbər verir ki, görüşdə Azərbaycan və Argentina arasında futbol sahəsində münasibətlərin daha da yaxşılaşdırılması müzakirə edilib.
Baş katib səfirlə həmçinin AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.