şənbə, 17 may 2025

DİGƏR NÖVLƏR

Taekvandoçularımızın Avropa Oyunları üçün heyəti açıqlandı

30.10.2019 18:25 Oxundu 400


Azərbaycanın taekvondo üzrə milli komandasının İtaliyanın Bari şəhərində təşkil olunacaq Avropa Oyunları (G4 Extra European Games 2019) üçün heyəti açıqlanıb.

Cempion.az xəbər verir ki, noyabrın 1-də start götürəcək G4 kateqoriyalı yarışda 6 idmançı mübarizə aparacaq.

Millinin heyətində kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Radik İsayev (+80 kq), qadınlardan Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (+67 kq) yer alıb.

45 ölkədən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda döyüşəcəyi yarışlarda qalib idmançı aktivinə 40 xal, finalçı 24.5 xal, üçüncü yerin sahibi 17.5 xal əlavə edəcək. "PalaFlorio" idman arenasında keçiriləcək 3 noyabr tarixlərində yekun vurulacaq.