şənbə, 17 may 2025

BİZİM FUTBOL

Ankaradan azərbaycanlı futbolçuya dəstək

30.10.2019 19:00 Oxundu 447


Ankaranın keçmiş bələdiyyə sədri İbrahim Məlih Gökçək “Sülh çeşməsi” əməliyyatına dəstək verdiyi üçün “Traktor”dan qovulan azərbaycanlı futbolçu Mehdi Bəbriyə dəstək verib.

Cempion.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Tvitter səhifəsində bu məsələyə öz münasibətini bildirib.

“İran Futbol Federasiyası “Sülh çeşməsi” əməliyyatını dəstəkləmək məqsədilə sosial şəbəkədə səhifəsində türk bayrağı və əsgərinin şəkilini paylaşan futbolçu Mehdi Bəbrinin idman meydanlarında fəaliyyətinə qadağa qoyub.

Ar olsun sizə! Bu oyunçu ən qısa zamanda bir Türkiyə klubuna transfer edilməlidir. Bu ayıb İrana yetər. İran, bu yanlışlığı düzəlt. Türkiyə Qərbə qarşı hər zaman İranın yanında olduğu zaman, siz belə bir ayrı-seçkiliyə necə yol verə bilərsiniz?” - İbrahim Gökçək qeyd edib.

Güney Azərbaycanın “Traktor-Azərbaycan” futbol komandasının oyunçusu Mehdi Bəbri İnstaqramda paylaşım edərək, Türkiyənin Suriyanın şimalında keçirdiyi anti-terror əməliyyatına dəstək nümayiş etdirdiyi üçün İran Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Federasiya Mehdi Bəbrinin paylaşımını “qeyri-əxlaqi və idman prinsiplərinə zidd” davranış kimi dəyərləndirərək onun futbol fəaliyyətinə müvəqqəti olaraq qadağa qoyub. Qərar Güney Azərbaycanla yanaşı, Türkiyədə də etirazlara səbəb olub.