şənbə, 23 avqust 2025

BİZİM FUTBOL

İcra başçısı yeni yaranan komandaya sponsor axtarır: I Divizionda oynamaq üçün

31.10.2019 13:00 Oxundu 537

Uzun müddətli fasilədən sonra yenidən fəaliyyətini bərpa edən Şamaxının "Şirvan" komandası "Region Liqası"nda çıxış edir. Komanda yeni mövsümə də uğurlu start verib və ilk turda evdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib.

Cempion.az-a daxil olan məlumata görə komandanın hədəfləri böyükdür.

Yerli icra hakimiyyəti də komandaya dəstəkdir. Bundan başqa icra başçısı növbəti mövsüm I Diviziona çıxış etmək üçün indidən sponsor axtarışına çıxıb. Sponsorlar həm ölkə daxilində, həm də ölkə xaricində axtarılır.