çərşənbə axşamı, 01 iyul 2025

BİZİM FUTBOL

Mustafa Dənizli: "Traktor" şəhər yox, ölkə komandası kimidir"

31.10.2019 15:28 Oxundu 692


Təbrizin "Traktor" klubunun baş məşqçisi Mustafa Dənizli komandasının çempionluq şansı haqda danışıb.

Cempion.az "TRT Spor"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qızıl medal qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:

"Bu həftə də çox önəmli oyunumuz var - ("Traktor" Təbrizdə əsas rəqiblərindən olan "Esteqlal"ı qəbul edəcək -red.). Görüşü 80 minə yaxın azarkeşimizin izləyəcəyi gözlənilir. Tərəfdarlarımız komandaya çox inanırlar. "Traktor" şəhər yox, ölkə komandası kimidir. Düşündüyümüz şəkildə davam etsək, çempion ola bilərik".

"Traktor" 8 turdan sonra 17 xalla 2-ci yeri tutur. "Sepahan" 18 xalla liderdir.