çərşənbə axşamı, 01 iyul 2025

BİZİM FUTBOL

Vüqar Nadirovun direktor olduğu klubda daha bir təyinat

31.10.2019 16:19 Oxundu 405


“Baku Sporting” futbol klubunda daha bir yeni təyinat gerçəkləşib.

Cempion.az xəbər verir ki, idman jurnalisti Mirələm Həsənli "Baku Sporting" klubunun PR və Marketinq meneceri təyin olunub.

Qeyd edək ki, “Baku Sporting” klubu hazırda daha çox uşaq futbol akademiyası kimi fəaliyyət göstərməkdədi. Bir neçə gün öncə bu klub Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirovu idman direktoru vəzifəsinə gətirmişdi. Elə Mirələm Həsənlini da sözügedən kluba millimizin sabiq forvardı dəvət edib. Xatırladaq ki, Mirələm Həsənli vaxtilə “Əlincə” futbol klubunda da çalışıb.