cümə, 16 may 2025

DÜNYA FUTBOLU

"Neymara görə maaşımızın azaldılmasına razı idik"

31.10.2019 20:11 Oxundu 440


"Barselona"nın futbolçusu Jerar Pike PSJ-nin hücumçusu Neymar haqda danışıb.

Cempion.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, özü və komanda yoldaşları braziliyalı hücumçunun Kataloniya klubuna qayıtması üçün əllərindən gələni ediblər. Pike Neymar üçün komandanın üzvlərinin hətta maaşlarının azaldılmasına razılıq verdiyini də vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunan Neymar bu yay La Liqa klubuna qayıtmaq istəsə də, bu reallaşmamışdı.