cümə, 16 may 2025

BİZİM FUTBOL

Kubokun iştirakçıları məlum oldu: "Turan Tovuz" yarışdan imtina etdi

31.10.2019 21:00 Oxundu 512


Azərbaycan kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Cempion.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yarışda 12 komanda - Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

Bu dəfəki yarışda birinci divizion təmsilçilərindən “Turan-Tovuz” və MOİK iştirakdan imtina edib.

Püşkatma mərasimi 13 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək və saat 15:00-da başlayacaq.