cümə, 16 may 2025

BİZİM FUTBOL

"Sumqayıt" susuz qalıb: borca görə

01.11.2019 11:00 Oxundu 487

"Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın suyu kəsilib.

Cempion.az-ın əldə etdiyi məlumata görə buna səbəb arenanın "Azərsu"ya olan külli miqdarda borcudur.

Məhz bu səbəbdən klubun aşağı yaş qruplarından ibarət komandalarına çıxış edən azyaşlı futbolçular evlərinə yuyunmadan gediblər. Bəzi komandalar isə Mehdi Hüseynzadə adına stadionun hamamından istifadə etməli olub.