çərşənbə axşamı, 03 iyun 2025

BİZİM FUTBOL

Azərbaycandakı "Real"ın azərbaycanlı İnyestası

01.11.2019 17:00 Oxundu 587
Bir müddətdir ki Bakıda "Real" Madrid məktəbi fəaliyyət göstərir. Məktəbdə istedadlı və bacarıqlı uşaqlar az deyil. Təhsil nazirliyinin təşkil etdiyi eyniadlı çempionatda oynayan komandaların oyunlarını izləyərkən bunun şahidi olduq. "Real" Madrid komandasının heyətində yer alan bir futbolçu öz oyunu ilə daha çox diqqət çəkirdi. Hamı bu uşağı "İnyesta" deyə çağırırdı.

Cempion.az həmin bu uşaqla yaxından maraqlanmaq qərarına gəldi.

Məlum oldu ki 8 yaşlı bu uşağın adı Hüseyn Əsədzadədir. Binəqədi rayonundakı 179 saylı məktəbdə təhsil alır. Atası Ağarəhim Əsədzadənin verdiyi məlumata görə övladında futbol istedadını görüb 6 yaşında onu futbol bölməsinə yazdırıb. Məşqçisi Elşad Məmmədovdur. Bu məşqçi hazırda AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında çıxış edən "Tufan" komandasının (U-17) baş məşqçisidir. "Real" Madrid Bakı komandası "Təhsil" Liqasında 3-cü pilləni tutub. Hüseynin forma geyindiyi komanda hazırda "Təhsil"in U-9 liqasında liderdi. Özü də 4 oyundan 4 qələbə ilə. Valideynin sözlərinə görə komandada "İnyesta" ləqəbi qoyulan oğlu məhz yaxşı oyununa görə paralel olaraq U-10 komandasında da çıxış edir. Ata oğlunun böyük gələcəyinə inanır: "Hazırda bu yaşda ölkə çempionatı keçirilmir. Bir neçə ilən sonra Hüseyn AFFA-nın bayrağı altında kçeirilən ölkə çempionatında da sözünü deyəcək mən buna inanıram. Ona da inanıram ki oğlum gələcəkdə milli səviyyəsinə qədər yüksələcək və Azərbaycan futbolunu Avropada da layiqincə təmsil edəcək.