cümə, 16 may 2025

DÜNYA FUTBOLU

Messi 3 aylıq fasilədən sonra yenidən millidə

01.11.2019 12:00 Oxundu 388

Argentina millisinin heyəti açıqlanıb.

Cempion.az yerli federasiyanın saytına istinadən xəbər verir ki, komandanın kapitanı Lionel Messi də üç aylıq fasilədən sonra yığmaya dəvət alıb.

Cənubi Amerikanın Futbol Federasiyası “Barselona”nın hücumçusunu avqust ayında üç aylıq cəzalandırmışdı. Buna səbəb Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını korrupsiyada ittiham etməsi olub.

Qeyd edək ki, Argentina yığması noyabr ayında Braziliya və Uruqvayla yoldaşlıq oyunu keçirəcək.