çərşənbə axşamı, 03 iyun 2025

DÜNYA FUTBOLU

Giqqs 18 yaşlı "Liverpul"lunu millimizlə oyuna çağırmaq istəyir

01.11.2019 15:33 Oxundu 524


AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Uels yığmasında baş məşqçi Rayan Giqqz heyəti açıqlamağa hazırlaşır.

Cempion.az xəbər verir ki, 46 yaşlı mütəxəssis daha bir gənc oyunçuya dəvət göndərmək niyyətindədir. Belə ki, Giqqz "Liverpul"un müdafiəçisi Neko Uilyamsa yığmada debüt etmək imkanı yaratmaq istəyir.

18 yaşlı sağ cinah müdafiəçisinin İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Arsenal"la matçdakı (5:5) çıxışı millinin çalışdırıcısının diqqətini çəkib.

Gənclərlə işləməyi sevən, Reqan Pul, Ethan Ampadu, Mettyu Smit, Daniel Ceyms, Rabbi Matondo kimi oyunçuları son toplanışa çağıran Rayan Giqqz bu siyahıya Uilyamsı da əlavə etmək niyyətindədir.

"Arsenal"la görüşü əvəz edilmədən keçirən və komandasının son qolunun ötürməsini verən U-19 yığmasının üzvünün seçmə mərhələnin son matçlarına dəvət alacağı istisna edilmir.

Noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.