çərşənbə axşamı, 01 iyul 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında riskli oyun

01.11.2019 18:31 Oxundu 420

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Barselona" - "Slaviya" oyunu ispanlar tərəfindən yüksək riskli oyun kimi tanınıb.

Cempion.az "AS" nəşrinə istinadən xəbər verir ki, buna səbəb son günlər Kataloniyada baş verən iğtişaşlardr. Oyun ərəfəsində təhlükəsizlik tədbirlərinin artırılması qərara alınıb.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 5-də "Nou Kamp"da keçiriləcək.

Xatırladaq ki,  Kataloniyadakı mitinqlərə görə "Barselona" - "Real" oyunu dekabra keçirilib.