çərşənbə axşamı, 01 iyul 2025

DÜNYA FUTBOLU

İbrahimoviç bukmeyker kontorları ilə əməkdaşlıq edirmiş?

01.11.2019 19:07 Oxundu 475


ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç İspaniyaya qayıtmasının səbəbini açıqlayıb. 

Cempion.az xəbər verir ki, 38 yaşlı isveçli hücumçu bu barədə rəsmi "Twitter" hesabından paylaşım edib.

Təcrübəli forvardın bukmeyker şirkətlərindən biri ilə əməkdaşlıq etdiyi bəlli olub. Zlatan İbrahimoviçin hazırkı klubu ilə müqaviləsi bu il dekabrın 31-də başa çatır.

O, yenidən Avropada futbol oynamaq istədiyini bildirib. İbrahimoviç daha öncə İspaniyaya qayıdacağını açıqlayıb. İsveç millisinin sabiq üzvü 2009 - 2011-ci illərdə İspaniya "Barselona"sının formasını geyinib.