bazar ertəsi, 30 iyun 2025

BİZİM FUTBOL

"Qarabağ"ın oyunu üçün 5 min yunan bayrağı

02.11.2019 13:00 Oxundu 447


Avropa Liqasının 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununda tribunalarda yunan bayraqları yer alacaq.

Cempion.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, adının açıqlanmasını istəməyən sponsor tərəfindən 5 min bayraq təşkil olunacaq. Həmin bayraqlar görüşün oynanılacağı GSP stadionuna aparılacaq.

Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ"ın Kipr təmsilçisini qəbul etdiyi 3-cü tur oyununda  (2:2) Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülmüşdü.