02.11.2019 17:20
571

"Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiç Bakıya qayıdıb.
Cempion.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu gün Premyer Liqanın X turunun "Neftçi" - "Qarabağ" oyununu (0:0) "Bakcell Arena"da canlı izləyib.
Qeyd edək ki, Ozobiç avqust ayının əvvəlində - Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dundalk"la cavab matçında (3:0) ağır zədə almışdı.