02.11.2019 19:17
463

Dünən "Neftçi" ilə matçın son dəqiqələrində zədələnən Mahir Əmrəli bu gün MRT-dən keçəcək.
Cempion.az xəbər verir ki hücumçu həm qasıq nahiyəsində, həm də ayağındakı ağrılardan şikayətçidir.
Onun bu gün axşam keçiriləcək məşqdə iştirak etməyəcəyi gözlənilir.
Ümumiyyətlə, Mahirin noyabrın 7-də APOEL-lə keçiriləcək Avroliqanın cavab matçına yollanması da sual altındadır.