cümə, 16 may 2025

BİZİM FUTBOL

"Sabah"ın məşqçisi qələbəni şərh etdi

03.11.2019 21:15 Oxundu 441


Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın X turunda "Qəbələ"yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Cempion.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Komanda adından bütün azarkeşlərimizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Futbolçularlımıza da mintətdarıq. Çalışacağıq ki, irəli gedək.

- Rəqibə nə qədər qol vurmaq imkanı verdiniz. Müdafiə xəttinizdəki belə boşluqları nəylə əlaqələndirərdiniz? Bunun qarşısnı almaq üçün hansı addımlar atılmalıdır?

- Bizdə oyun praktikası sarıdan korluq çəkən futbolçularımız var. Bununla belə, bacardıqları oyunu nümayiş etdirdilər. 

- Hücum xəttiniz də çoxsaylı qol imkanları boşa verdi. Bu, nəylə bağlıdı?

- Bizdə bəxt amili hardasa çatmır. İstəkli, əzmkar oynadıq. Əzmkar qələbə qazandıq. Çalışacağıq ki, bunu davam etdirək. 

- Bir epizodda hakimə çox sərt iradınızı bildirdiniz. Hakimlikdən razı qaldınız?

- Hakimliklə bağlı heç bir problemimiz, iradımız yoxdu  Emosiyadı, oyunda olur. (sport24.az)