cümə, 16 may 2025

DÜNYA FUTBOLU

"Bavariya" Kovaçı istefaya göndərdi

04.11.2019 09:27 Oxundu 424


"Bavariya" baş məşqçisi Niko Kovaçla yolları ayırıb.

Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Komandanın Bundesliqanın 10-cu turunda səfərdə "Ayntraxt"a 1:5 hesabı ilə uduzmasından sonra bu qərar verilib. Münhen təmsilçisini  Çempionlar Liqasında "Olimpiakos" və Bundesliqada "Borussiya" ilə oyunlara Kovaçın köməkçisi Hans Flikin çıxaracağı bildirilib.

Qeyd edək ki,  komanda hazırda ölkə çempionatında 18 xalla 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, N.Kovaç 2018-ci ildən "Bavariya"nı çalışdırırdı