04.11.2019 12:00
461


Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” öz meydanında “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Aleksandriya” 13 turdan sonra 23 xalla 12 komanda arasında 5-ci pillədə qərarlaşıb.