cümə, 16 may 2025

BİZİM FUTBOL

"Qarabağ"ın rəqibi qələbə qazandı

04.11.2019 12:20 Oxundu 440

Lüksemburq çempionatında 11-ci turun oyunları keçirilib.
 
Cempion.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” səfərdə “Differdanj”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
 
11 oyuna 16 xal toplayan “Düdelanj” hazırda 14 komanda arasında 5-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Lüksemburq təmsilçisi  “Qarabağ”la ilk oyununu oktyabrın 3-ü evdə keçirib və 1:4 hesabı ilə uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda olacaq.