04.11.2019 12:43
400

Milli komandamızın qapıçısı Emil Balayevin komandası “Tobol” bu gün Qazaxıstan çempionatının 32-ci turunda öz meydanında lider “Astana”nı qəbul edib.
Cempion.az xəbər verir ki, oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində “Astana” sona 1 tur qalmış altıncı dəfə ölkə çempionu olub.
Əlavə edək ki, Emil Balayev bu matçda 90 dəqiqə meydanda olub.