04.11.2019 14:00
478

Moldova çempionatında 27-ci turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, Nurlan Novruzovun heyətində çıxış etdiyi “Dinamo-Avto” növbəti oyununa çıxıb.
Novruzovun sonadək kənardan izlədiyi matçda Tiraspol klubu səfərdə “Milsami”yə qalib gəlib - 2:0. Futbolçumuzun komandası bu qələbədən sonra (27 oyun) 8 komandalı çempionatda 5-ci pillədəki yerini möhkəmləndirib.