bazar ertəsi, 30 iyun 2025

DÜNYA FUTBOLU

Ronaldonun saç ustası qətlə yetirildi

04.11.2019 14:18 Oxundu 440


Kriştiano Ronaldonun əsas saç ustası Rikardo Markes Ferreyra qətlə yetirilib. 

Cempion.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, məşhur saç ustasının meyiti Sürixdə otel otağında tapılıb.

Otelin əməkdaşı otaqda təmizlik aparmaq istəyərkən Markesin bıçaqla kəsilmiş meyitini görüb. Onun sözlərinə görə, çarpayıda qan içində uzanmış vəziyyətdə olub. Otaqdan alkoqol iyi gəlirmiş. Qətli kimin törətdiyi məlum deyil. Polis artıq araşdırmaya başlayıb.
 

Rikardo Markes son iki ildə Sürixdə yaşayıb. Ronaldodan başqa, Portuqaliyanın tanınmış modelləri və aktrisaları da onun müştəriləri arasında olub.