bazar ertəsi, 30 iyun 2025

BİZİM FUTBOL

"Səbail"in futbolçusu Moldova millisinə çağırıldı

04.11.2019 15:29 Oxundu 407


Moldova millisinin AÇ-2020-nin seçmə mərhələsində Fransa və İslandiya ilə oyunlar üçün ilkin heyəti açıqlanıb.

Cempion.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi Engin Fırat ilk mərhələdə 15 futbolçuya dəvət göndərib.

Onların arasında "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk da var.

Qeyd edək ki, Moldova noyabrın 14-də səfərdə Fransa, 3 gün sonra isə evdə İslandiya ilə qarşılaşacaq.