04.11.2019 16:46
661

Zlatan İbrahimoviç "Milan"a dönməyə yaxındır.
Cempion.az "Marca"ya istinadən xəbər verir ki, 38 yaşlı futbolçu İtaliyaya gəlməyin əleyhinə deyil.
"Milan" rəhbərliyi güman edir ki, forvard MLS-də göstərdiyi oyunu A seriyasında da nümayiş etdirə bilər.
İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da çıxış edib. O, İtaliya klubunda 85 oyunda 56 qol vurub. Hücumçu "Milan"da A seriyasının qalibi olmaqla yanaşı, İtaliya Superkubokuna da yiyələnib.