bazar ertəsi, 30 iyun 2025

BİZİM FUTBOL

Giqqs açıqladı: Beyl Azərbaycana qarşı oynayacaq

06.11.2019 12:00 Oxundu 462


Uels millisinin baş məşqçisi Rayan Giqqz futbolçusu Qaret Beyl haqda danışıb.

Cempion.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Real"ın  hücumçusunun zədəsinin ciddi olmadığını deyib: "Mən onunla mütəmadi olaraq əlaqə saxlayırdım. Mənə ilk oyuna (Azərbaycanla matç nəzərdə tutulur - red.) qədər hazır olacağını söylədi.  Bizim üçün ən ideal variant Beylin millinin matçlarında qədər "Real"la oyunda iştirakıdır".

Qeyd edək ki, 30 yaşlı futbolçunun zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qalatasaray"la görüşdə oynamayacağı bildirilib.

Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.