bazar ertəsi, 30 iyun 2025

BİZİM FUTBOL

PFL ləğv oluna bilər

06.11.2019 13:00 Oxundu 1567

2020-ci ilin mart ayında AFFA İcraiyyə Komitəsinin növbədənkənar toplantısı keçiriləcək. Həmin iclasda bir sıra vacib qərarların verilməsi gözlənilir.

Cempion.az-a daxil olan məlumata görə, həmin qərarlardan biri də PFL-in ləğvi ilə bağlıdır.

Bu məsələ bir müddətdir ki, mətbuatın da gündəmində oldu. Deyilənə görə sonradan Rövnəq Abdullayevin müdaxiləsi ilə PFL-in ləğvi məsələsi gündəlikdən çıxarıldı. Lakin 2020-ci ilin martındakı toplantıda bu məsələnin yenidən müzakirəyə çıxarılacağı gözlənilir. Əgər bu, baş verərsə böyük ehtimalla bu qurum ləğv olunacaq. Ya da qurum hakimlər komitəsi kimi, baş katib Elxan Məmmədovun nəzarətinə keçəcək.