bazar ertəsi, 30 iyun 2025

BİZİM FUTBOL

Azərbaycanda daha bir komanda dağılır

06.11.2019 14:00 Oxundu 516


Region Liqasında mübarizə aparan "Ağsu Siti" klubu maliyyə çətinliyi ilə üzləşib. 

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Məlumatda Ağsu təmsilçisinin fəaliyyətini dayandıra biləcəyi bildirilib:

"Əziz və dəyərli ağsulular və "Ağsu Siti" azarkeşləri. Bildiyiniz kimi, keçən il yaranan klubumuzun əsas məqsədlərindən biri ağsulu gənclərimizi narkomaniyadan, içkidən və digər zərərli vərdişlərdən uzaq tutmaq idi. Bu günə kimi Rəmzi Eminli klubu öz şəxsi büdcəsindən maliyyələşdirib. Nəzərə alaq ki, hər oyuna şəxsi büdcəsindən 2400-2600 manat dəyərində vəsait xərcləyib. Rəmzi müəllim bütün bunları heç bir mənfəət güdmədən ağsulu gənclərə, şəhərin adına görə edib.

Prezidentimiz Cənab İlham Əliyevin gənclərə və idmana olan qayğısını bir neçə məmura misal çəksək də, "Ağsu Siti"yə dəstək olmaqdan boyun qaçırdılar. Bir çox iş adamları verdikləri sözə əməl etməyib, həm gənclərimizi, həm də klubumuzu tək buraxdılar. Heç kim dəstək olmadığı üçün klubumuz bazar günü keçiriləcək "İmişli" ilə oyundan sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.