bazar ertəsi, 30 iyun 2025

DÜNYA FUTBOLU

Sonun qırmızı vərəqəsi ləğv edildi

06.11.2019 15:21 Oxundu 462

İngiltərə Futbol Federasiyası “Totenhem”in futbolçusu Son Hın Minin qırmızı vərəqəsi ilə bağlı apellyasiya şikayətinə cavab verib.

Cempion.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə,  27 yaşlı hücumçuya göstərilən qırmızı vərəqə ləğv edilib. Beləliklə, koreyalı futbolçunun 3 oyunluq cəzası aradan qalxıb.

Qeyd edək ki, Son Hın Minə Premyer Liqaının 11-ci turunda "Everton"la matçda 79-cu dəqiqədə rəqib futbolçu Andre Qomeşlə toqquşmasından sonra görüşün baş hakimi Martin Atkinson əvvəlcə sarı vərəqə göstərsə də, yarımmüdafəçinin ayağının qırıldığını bildikdən sonra qərarını dəyişərək onu qırmızı vərəqə ilə meydandan qovub.