06.11.2019 17:00
504

1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim"-möcüzə komanda adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi.
Çörəkçi şagirdliyindən məşhur qapıçıyadək
Möcüzə-komandanın digər üzvlərindən fərqli olaraq, Xiden yeganə futbolçu idi ki, paytaxtı yox, Ştiriya vilayətinin əsas şəhəri sayılan Qratsı təmsil edirdi. Xiden Rudolf (Rudi) orada 1909-cu ildə martın 9-da anadan olub, ibtidai məktəbə gedib, sonra isə ticarət məktəbində təhsil alıb, çörək və biskvit bişirmək sənətini öyrənib. O zaman Qratsda futbol oyunu gənclər arasında geniş yayıldığı üçün heç təəccüblü deyil ki, Rudi də qısa bir vaxtdan sonra idmanın bu növü ilə maraqlandı. O, əvvəlcə "QAK" klubunun yeniyetmələr heyə-tində mərkəz hücumçusu yerində oynamağa başladı. Yerli "Şturm" komandasına qarşı oyunların birində "QAK"ın qapıçısı ağır zədələnir. Doğma komandasının çıxılmaz vəziyyətdə qaldığını görən mərkəz hücumçu Xiden qapıçını əvəz etmək qərarına gəlir. Tamaşaçılar bu əvəzetməni həyəcanla qarşılasalar da, bir neçə dəqiqədən sonra onların alqışları eşidildi. Matç başa çatandan sonra klubun rəhbərlərindən biri Rudiyə bildirdi ki, o, komandanın daimi qapıçısı olacaq. Doğrudur, səhərlər Rudi bəzən yeniyetmələrin heyətində hücumçu olurdu. Axşamlar isə əvvəlcə əvəzedicinin, sonra isə əsas heyətin qapısını qoruyurdu. Bu, futbolda çox nadir hadisə idi. Xidenin fiziki cəhətdən güclü olmasını bu fakt sübut edirdi. O, bazar günlərində üç, bəzən də dörd matçda ardıcıl çıxış edirdi. İndiki futbolçular Rudinin dözümlüyünə həsəd apara bilərlər. Tezliklə Xideni Ştiriya vilayətinin yığmasına dəvət etdilər. Qrats şəhərinin komandasında isə o, Zaqreb, Vyana və Budapeşt futbolçularına qarşı meydana çıxırdı. Artıq Rudinin adı tez-tez futbol dairələrində hallanırdı. 1927-ci ildə paytaxtın bir neçə peşəkar futbol klubu eyni vaxtda istedadlı qapıçını öz heyətində görmək istədiklərini bildirirdilər: "BAK", "Austriya" və "Zemmerinq" klubları ona elçi düşdülər. Rudinin Vyanaya köçmək qərarı atası sağ olmadığı üçün bütövlüklə anasından asılı idi. "BAK" klubunun rəhbəri Maks Zeman frau Xidendən arzuladığı imzanı aldıqdan sonra Rudinin böyük futbola yolu açıldı.
Dostları və yaxınları Rudini paytaxta yola salmağa hazırlaşırdılar. Doğma klubunun "atası" İrxer yeniyetməyə nəsihətlərini verdi: "Rudi, unutma ki, sən Vyanada həm şəhərimizi, həm də bütün Ştiriya vilayətini təmsil edəcəksən, Bacarığını onlara göstər! Əminəm ki, bir neçə ildən sonra sən ölkənin yığma komandasında oynayacaqsan! Əgər, işdir, paytaxtda bəxtin gətirməsə, sakitcə doğma şəhərinə qayıdarsan. Sən bizim yanımızda böyümüsən. Orada nə olacaqsa olsun, sən bizim üçün həmişə ən yaxşı qapıçı olaraq qalacaqsan".
Beləliklə, paytaxta gələn Xiden Vyananın elit "Rinq" kofesində "BAK" futbol klubunun "qərargah" üzvləri - Maks Zeman, Xuqo Mayzl, Ervin Müller, doktor Şvarts və digərlərilə tanış oldu. Qrats şəhərindən gəlmiş gənc qolkiperin arzusu milli komandanın qapısını qorumaq idi. Ancaq o zaman Dunay sahilində yerləşən paytaxtda adlı-sanlı qapıçılar-Ayqner, Frantsl, Lorman, Platser və başqaları çoxdan böyük nüfuz sahibi idilər. Bununla belə, Xiden tez bir zamanda "BAK" klubunda öz yerini tutdu və daha heç kim onun əyalətdən gəlməsini xatırlamaq istəmirdi.
"Xidenin unudulmaz günü"
1930-cu il mayın 15-də Rudinin həyatında həlledici gün gəlib çatdı. Vyananın "Xoxe Varte" stadionuna toplaşan 60 min tamaşaçı İngiltərə yığma komandası ilə keçirilən matçdan sonra Xideni alqışlarla yola saldı. Gəncliyinə baxmayaraq, o gündən etibarən Rudi dünyanın ən yaxşı qapıçılarından biri olduğunu sübut etdi. Seyrçilər başa düşdülər ki, yalnız qolkiperin əla oyunu sayəsində o zaman dünya futbolunda hegemonluq edən ingilislərlə Avstriya yığması görüşü şərəflə - 0:0 hesabı ilə başa vurdu. Onlar həmin günü Temza sahilindən gəlmiş futbol banilərinə layiqli müqavimət göstərdilər. Bu isə Avropada böyük sensasiyaya səbəb oldu, axı möcüzə-komanda təzəcə addımlarını atırdı. Matç haqqında hesabat dərc edən Avstriyanın aparıcı idman qəzeti həmin görüşü "Xidenin unudulmaz günü" adlandırmışdı. Yığmanın məşqçisi Xuqo Mayzl ərz etdi ki, indi onun daimi etibarlı qapıçısı var. Beləliklə, Rudi gələcək "vundertim"in dayağına çevrildi. Bunun ardınca 1931-ci, sonra isə 1932-ci ildə Avstriya milli komandasının qazandığı böyük uğurlar dünyanın idman ictimaiyyətini heyrətə gətirirdi. Məhz o zaman beynəlxalq idman mətbuatında "vundertim" - möcüzə komandanın adı hallanmağa başlandı.
Xiden, Sindelar, Binder və başqaları
Uzun eksperimentlərə baxmayaraq, Xuqo Mayzlın yaratmış olduğu komanda daimi stabil heyətə malik deyildi. "Vundertim"in iki il ərzində böyük qələbələrə imza atmasına baxmayaraq, müəyyən vaxtda bəzi oyunçular, hətta bütün xətlər dəyişilirdi. Lakin Xiden əvəzolunmaz qalırdı. Bəs "Vundertim" - möcüzə komanda hansı keyfiyyətlərinə görə bu adı qazanmışdı? Şübhəsiz, nümayiş etdirdiyi gözəl və məhsuldar oyunu ilə. Statistiklər hesablamışlar ki, əfsanəvi drujina 1931-ci il aprelin 12-dən 1934-cü il iyunun 7-dək 31 oyun keçirmiş, bunlardan 20-də qələbə qazanmış, 7-də heç-heçə oynamış, 4 matçda isə məğlub olmuşdu, topların fərqi 97-43 olub. Məlumat üçün bildirək ki, iki məğlub oyunda Xiden iştirak etməyib.
"Vundertim"in müdafiə xəttində o dövrdə Avropanın güclü kənar müdafiəçilərindən sayılan Karl Sesta oynayırdı. Kollektivin oyununu modernləşdirən yarımmüdafiəçi Valter Nauşu "Komandanın beyni" adlandırırdılar. 1933-cü ildə yığma komandanın tərkibində daha bir görkəmli hücumçu, dünyanın ən məhsuldar futbolçularından biri "Bimbo" ləqəbli Frants Binder çıxış etməyə başladı. O, doğma komandası "Rapid"in heyətində keçirdiyi 756 oyunda 1006 qol vurub. 1934-cü ildə möcüzə komanda İtaliyada keçirilən dünya birinciliyinin favoriti hesab edilsə də, "Qızıl İlahə" kubokunu almaq ona qismət olmadı. Avstriya yığması yarımfinal oyununda italyanlara 0:1, üçüncü yer uğrunda mübarizədə isə almanlara 2:3 hesabı ilə uduzmuşdu. Ümumi rəyə görə, yığma komanda dünya çempionatında həddən artıq yorğun görünürdü. Bundan əlavə V. Nauş və F. Binder zədəli olduqları üçün İtaliyada çıxış edə bilmədilər. Rudi Xiden isə o vaxt Avstriyada oynamırdı. O, həmin ildə Fransanın "Resinq" klubunun şərəfini qoruyurdu. Sonralar Xiden vətəndaşlığını dəyişmiş və Fransanın yığma komandasında çıxış etməyə başlamışdı. Əfsanəvi "Vundertim"in tarixi bir qədər kədərli sonluqla başa çatmış olsa da, 30-cu illərin Avstriya millisi dünya futbolu salnaməsində parlaq iz qoydu.
R. Xidenin London səfəri uğursuz oldu
1930-cu ildə ölkə çempionatı qurtarandan sonra Xiden Londonun "Arsenal" klubunun hədəfinə düşdü. "BAK" klubu rəsmi olaraq ona bir neçə il İngiltərədə oynamağa razılıq vermişdi. Futbolun vətənində oynamağı Rudi özü üçün böyük şərəf sayırdı. O, iyulun 23-də qatara minib yola düşərkən İngiltərədə uğurlu karyera qazanacağına şübhə etmirdi. Lakin əcnəbinin Britaniyada işləməsi üçün xüsüsi icazəsi olmadığına görə Rudi kor-peşman Vyanaya qayıdır. Onun gözlənilmədən doğma klubuna qayıtmasına dostları təəssüf etsələr də, eyni zamanda güclü oyunçunun komandada olmasına sevinirdilər.
Avstriya yığmasının tarixi görüşü
1932-ci il dekabrın 7-də Avstriya yığması Londonda İngiltərə millisi ilə üz-üzə gəldi. Çox sərt oynayan ingilis müdafiəsilərinə qarşı qonaq komandanın hücumçuları istədikləri oyunu göstərə bilmirdilər. Sindelar çox çalışsa da, komandasının hücumlarını təşkil etməyi bacarmırdı. Matçın 27-ci dəqiqəsində yerli futbolçular 2:0 hesabı ilə irəlidə idilər. Həmişə soyuqqanlı olan Xiden bu dəfə çox əsəbi idi. Fasilədən sonra avstriyalılar möcüzə komandanın ciddi rəqib olduğunu ingilislərə sübut etməyə çalışdılar. Bu tarixi matçın son beş dəqiqəsi çox gərgin keçdi. Hesab 4:3 İngiltərə komandasının xeyrinə olanda Avstriya millisi məğlubiyyətlə barışmaq istəmirdi. Onların hesabda bərabərlik yaratmağa şansları var idi. Ancaq uduzmalarına baxmayaraq, London futbolsevərləri meydanı tərk etməkdə olan həm Avstriya komandasını, həm də öz pərəstişkarlarını alqışlarla yola saldılar. Londondan qayıdarkən Avstriya futbolçuları yolüstü Brüsseldə Belçika yığması ilə görüşdü və 6:1 hesabı ilə qalib gəldilər. Vyanada azarkeşlər öz sevimli komandasını böyük sevinclə qarşıladılar.
Onilliklər keçsə də qazanılmış qələbələr hər bir avstriyalı azarkeşin qəlbində xoş xatirə kimi nostalji hisslər oyadır. Unudulmaz möcüzə komandada Rudi Xidenin istedadı və zəhməti xüsusi qeyd olunmalıdır. Dünyanın bir çox qapıçıları ona oxşamağa çalışıb və ondan çox şey öyrəniblər. Xiden topu meydana əl ilə 50 metr məsafəyə tullayan ilk qapıçı olub. Qapıçıların qara köynək geyməsi də onun kəşfi hesab olunur. Sonralar bu moda beynəlxalq futbolda tətbiq olunmağa başlayıb.
Xiden Parisin "Resinq" klubunda
Əgər Xidenin İngiltərəyə getməsi uğursuz nəticələnmişdisə, Parisin "Resinq"inə gəlməsi heç bir maneə ilə rastlaşmadı. Orada Rudi ilə tanınmış məşqçi Cimmi Xoqan məşğul olurdu. Demək lazımdır ki, Xiden Fransada xoşbəxt günlər yaşadı. O, iki dəfə öz klubu ilə ölkə çempionu oldu, altı dəfə Kuboka sahib çıxdı. Xiden üç dəfə Fransa yığmasının qapısını qorumalı oldu. Rudi burada çox populyar idi və fransızlar onunla fəxr edirdilər. Lakin ikinci dünya müharibəsinin başlanması Xideni sevimli futboldan ayırdı. Artıq o, Fransa vətəndaşı olduğu üçün orduya çağırıldı. Sedan yaxınlığındakı döyüşlərin birində Xidenin qulluq etdiyi hərbi hissə əsir düşür. Üzərində sənədlərinin olmamasına baxmayaraq, alman komandanlığı onun kim olduğunu tanıyır. Bir il təcridxanada qaldıqdan sonra Rudi azadlığa buraxılır. O, vətənə, anasını görməyə gedir. Müharibədən salamat çıxdığı üçün özünü xöşbəxt sayan Xiden bir ildən sonra Parisə qayıdır və dağıdılmış Fransanın futbol həyatını bərpa edənlərin cərgəsinə qoşulur. "Resinq" klubunun dirçəlişində onun böyük əməyi olur.
Xiden məşqçi rolunda
Bundan sonra dünya şöhrətli keçmiş qapıçının idmançı karyerasında ikinci dövr başlayır. Xideni İtaliyaya məşqçi kimi dəvət edirlər. Burada o, bir neçə il müxtəlif klubların hazırlığı ilə məşğul olduqdan sonra qısa müddətə vətənə dönür və Vertereze gölünün sahilində idman pansionu yaradır. Rudi Avstriya və Fransadan sonra özünün üçüncü vətəni hesab etdiyi İtaliyaya qayıdır və məşqçilik fəaliyyətini davam etdirir. Burada Rudi Xiden futbol mütəxəssisi kimi də nüfuz qazanır. Onun beynəlxalq futbol məsələlərinə və oyunun taktiki problemlərinə aid düşüncələri, təklif və ideyaları həmişə maraqla qarşılanırdı. Bir sözlə, o, zamanla ayaqlaşmağı bacarırdı.
Dünya futbolunun fəxri
Xidenin həyatı zəngin və rəngarəng olub. Taleyin amansız zərbələrinə baxmayaraq, o, zəhmətsevərliyi və inadkarlığı sayəsində çox şeyə nail ola bilib; - şöhrətə, idman uğurlarına və yaradıcılıq məmnunluğuna. Bu barədə Xiden özü belə demişdi: "Heç vaxt qarşımda xüsusi bir məqsədim olmayıb. Mən yalnız hər zaman idmana sadiq qalmağa çalışmışam və elə bilirəm, buna müyəssər olmuşam".