bazar ertəsi, 30 iyun 2025

DÜNYA FUTBOLU

"Bavariya" 2 tur onsuz oynayacaq

06.11.2019 18:00 Oxundu 438

“Bavariya” Bundesliqanın qarşıdakı iki oyununu Jerom Boatenqsiz oynayacaq. 

Cempion.az xəbər verir ki, son turda “Ayntraxt”a qarşı keçirilən matçda son ümid foluna görə qırmızı vərəqə ilə meydandan qovulan Boatenqin cəzası bəlli olub.

Mərkəz müdafiəçisinin qarşıdakı iki oyunu meydana çıxa bilməyəcəyi dəqiqləşib. O, “Bavariya”nın “Borussiya”(Dortmund) və “Fortuna”(Düsseldorf) ilə oyunlarında iştirak edə bilməyəcək.