06.11.2019 20:10
480

İsveçin "Östersund" klubunun keçmiş prezidenti Daniel Kindberq 3 illik həbs edilib.
Cempion.az xəbər verir ki, 52 yaşlı sabiq klub rəhbəri maliyyə maxinasiyası, danışılımış oyunlar və korrupsiyada ittiham edilib.
Prokurorluğun iddiasına əsasən, klubun bank hesabına mənbəyi bilinməyən və vergidən yayındırmaqla milyonlarla kron vəsait yüklənilib.
2017/2018-ci illər mövsümündə Avroliqada 1/16 finala qədər irəliləyən "Östersund" 2017-ci ilin yayında İsveç kubokunu qazanıb. Komandanın kubokdan məhrum olacağı da istisna edilmir.