çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Ponomaryov ilin sonuna kimi "Sabah"ın baş məşqçisi olacaq

07.11.2019 12:00 Oxundu 460

Elşad Əhmədovun istefasından sonra "Sabah"ın baş məşqçisi postu hələ də boşdur və müvəqqəti olaraq bu işi İqor Ponomaryov icra edir.

Cempion.az-a daxil olan məlumata görə, Ponomaryov ilin sonuna kimi bu vəzifəni icra edə bilər.

Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi hələlik əcnəbi məşqçilərlə danışıqları dayandırıb. Komandanın son turda səfərdə "Qəbələ"ni məğlub etməsi də Ponomaryova olan inamı artırıb. Ona görə də böyük ehtimal qış fasiləsinə kimi "Sabah"da baş məşqçi təyinatı olmayacaq.