bazar ertəsi, 30 iyun 2025

BİZİM FUTBOL

11-ci turun hakim təyinatları açıqlandı

07.11.2019 13:00 Oxundu 467


Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. 

Cempion.az xəbər verir ki, artıq Peşəkar Futbol Liqası növbəti turun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

“Keşlə” – “Neftçi” matçı Vüqar Həsənliyə, “Qarabağ” – “Zirə” oyunu isə Əliyar Ağayevə həvalə olunub.

 

9 noyabr

“Keşlə” – “Neftçi”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena”, 17:00

“Qəbələ” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu, 15:00

10 noyabr

“Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bank Respublika Arena”, 16:30

“Qarabağ” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00