
21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn yığmasının AÇ-2021-in seçmə mərhələsində Azərbaycanla keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Cempion.az yerli futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Martin Ştoklasa 20 futbolçuya dəvət göndərib.
Qapıçılar: Armando Mayer, Luka Vanoni
Müdafiəçilər: Lukas Byuxel, Rafael Qrünenfelder, Roman Şpiriq, Andrin Netser, Manuel Mikus
Yarımmüdafiəçilər: Fabian Unterrayner, Elias Yager, Noa Frik, Sebastian Çupp, Benyamin Foqt, Niklas Bek, Lukas Qraber, Çağlar Menderes, Simon Lüxinger, Noa Frommelt
Hücumçular: Martin Markser, Noa Qraber, Tim Şrayber
Noyabrın 14-də Sumqayıtda "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu saat 18:00-da başlayacaq. Milan Obradoviçin başçılıq etdiyi yığmamız Lixtenşteynə ilk oyunda 0:1 hesabı ilə uduzdmuşdu.