bazar ertəsi, 30 iyun 2025

ŞAHMAT

Teymur Rəcəbov 130 min avroluq Qran-pridə nə etdi?

07.11.2019 15:30 Oxundu 820


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində növbəti görüşünü başa vurub.

Cempion.az xəbər verir ki, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsinin ikinci duelində Rusiya təmsilçisi Daniil Dubovla heç-heçə edib - 0,5:0,5.

İlk görüşdə də bərabərlik qeydə alındığı üçün növbəti mərhələyə yüksələn şahmatçı sabah "tay-breyk"də bəlli olacaq. Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib.

Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin qalibi olub. Dünya Kubokunu qazanan Teymur Rəcəbov isə öncədən İddiaçılar Turnirində iştirak hüququ qazanıb.