çərşənbə axşamı, 08 sentyabr 2026

BİZİM FUTBOL

Futzal millimizin rəqibləri məlum oldu

07.11.2019 19:28 Oxundu 565

Bu gün 2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.

Cempion.az xəbər verir ki, millimizin də rəqibləri müəyyənləşib. Yığmamız Rusiya, Xorvatiya və Slovakiya ilə mübarizə aparacaq.

Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.

Qeyd edək ki, mundialın final mərhələsi Litvada təşkil olunacaq.