cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Yurçeviç Şeydayevi milliyə çağırdı

08.11.2019 10:19 Oxundu 428


Ramil Şeydayev milli komandamızın qarşıdakı oyunlarına dəvət alıb.

Cempion.az xəbər verir ki. yığmamızın baş məşqçisi Nikola Yurçeviç hələ heyəti açıqlamasa da, Moskva "Dinamo"sunun hücumçusunun Uels (16 noyabr) və Slovakiya ilə görüşlərə (19 noyabr) çağırıldığı bəlli olub. Bu barədə "Dinamo"nun rəsmi "twitter" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Şeydayev son vaxtlar "Dinamo"nun heyətində meydana çıxmır və oyun təcrübəsinin yoxluğundan əziyyət çəkir.