cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

APOEL-in futbolçusu "Qarabağ" üzərindəki qələbəni şərh etdi

08.11.2019 11:32 Oxundu 428


APOEL-in futbolçusu Giorgos Efrem Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Cempion.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, o, qələbəni belə şərh edib:

"Lüksemburqa qələbə və mərhələ keçmək üçün gedəcəyik. Hamımız əvvəldən mərhələ keçəcəyimizə inanırdıq. Bu , bizə liqada kömək edəcəyinə inandığımız qələbədir. Qisas almaq üçün "Düdelanj"a qalib gəlməliyik. Qola gəlincə, kimin vurmasının əhəmiyyəti yoxdur. Mən də bunu qeyd etdim. Bu, komandanın vurduğu qoldur. Xoşbəxtik və yolumuza davam edirik".