cümə axşamı, 15 may 2025

DÜNYA FUTBOLU

"Barselona"nın yeni baş məşqçisi məlumdur?

08.11.2019 14:43 Oxundu 511



O qədər də ürəkaçan mövsüm keçirməyən "Barselona" baş məşqçi Ernesto Valverdeni istefaya göndərməyə hazırlaşır. 

Cempion.az xəbər verir ki, Kataloniya təmsilçisi ən geci qış fasiləsində təcrübəli mütəxəssislə yolları ayırmağı planlaşdırır.

La Liqa çemionu hətta yeni çalışdırıcısını da müəyyənləşdirib. Belə ki, ispanlar hazırda "River Pleyt"in "sükanı arxası"nda olan Marselo Qalyardo ilə danışıqlara başlayıb.

İddiaya görə, Qalyardo artıq gələn ay komandanı qəbul etməyə hazırdı. Marselo Qalyardo 2014-cü ildən "River Pleyt"ə rəhbərlik edir.