çərşənbə axşamı, 19 noyabr 2019

BİZİM FUTBOL

Millimizin sabiq üzvü həvəskarlar liqasına üz tutdu

08.11.2019 15:00 Oxundu 208


Milli komandamızın sabiq futbolçusu Arif Daşdəmirov hazırda klubsuzdur.

Cempion.az xəbər verir ki, son olaraq "Sumqayıt"da oynamış 32 yaşlı müdafiəçi klubsuz olsa da, formada qalmaqdan ötrü həvəskarlar liqasında oynamağa başlayıb.

O, Dağıstan Respublikasında 8/8-ə formatında oynanılan Dağıstan Həvəskar Liqasında çıxış etməyə başlayıb. Daşdəmirov "Port-Petrovsk" klubu ilə anlaşıb. Futbolçu oktyabrın ən yaxşı oyunçuları sırasında yer alıb.

 

Millimizin sabiq üzvünü komandaya "İnter"in (hazırkı "Keşlə"- red) sabiq kapitanı Əliyar İsmayılov dəvət edib. İsmayılov hazırda "Port-Petrovsk"un kapitanıdır.