cümə axşamı, 15 may 2025

BİZİM FUTBOL

Balayev Qazaxıstan çempionatının ən yaxşısıdır

08.11.2019 17:30 Oxundu 429


Millimizin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır.

Cempion.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "quru" oyunların sayında bütün həmkarlarını qabaqlayır.

Balayev bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Mövsümün sonuna bir tur qaldığı üçün Balayevə heç kim çata bilməyəcək. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.

İkinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. "Kayrat"ın qolkiperi Stas Pokatilov 13 "quru" oyunla 3-cüdür. O, 31 matçda 30 qol buraxıb.