bazar, 29 iyun 2025

DÜNYA FUTBOLU

"Espanyol" 25 oyundur ki uduzmur

08.11.2019 18:22 Oxundu 464


Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Espanyol” “Ludoqorets”i 6:0 hesabı ilə darmadağın edib.

Cempion.az xəbər verir ki, bu qələbə sayəsində ispan klubu avrokuboklarda məğlubiyyətsiz oyunlar seriyasına 25-ə çatdırıb. Kataloniya təmsilçisi son dəfə 2006-cı il fevralın 23-də məğlub olub. Həmin vaxtı ispanlar 1/16 final mərhələsinin cavab qarşılaşmasında, evdə “Şalke”yə juduzub (0:3).

Almaniya klubu ilə oyundan bu yana “Espanyol” avrokuboklarda oynadığı 25 matçın heç birində, uduzmayıb. Artıq Avropa Liqasında pley-offa çıxmaq məsələsini böyük ölçüdə həll edən “Espanyol”un qrupda “Ferentsvaroş” və ÇSKA ilə oyunları qalıb.