cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Vengerlə "Bavariya" rəhbərliyi başqa-başqa söz deyir

08.11.2019 20:11 Oxundu 443


Arsen Venger bildirib ki, “Bavariya”dan heç bir təklif almayıb. 

Cempion.az xəbər verir ki, Venger “Bavariya”nın baş məşqçi postuna namizəd olması ilə bağlı suala cavab verərəkən, vurğulayıb ki, Münhen klubunun rəhbərliyi ilə görüşməyib.

Ancaq “Bavariya” rəhbərliyi tamamilə başqa açıqlama yayıb. Klubdan verilən açıqlamada bildirilir ki, Arsen Venger Karl-Haynts Rummeniggeyə zəng edərək xidmətini təklif edib. Ancaq Rummenigge Vengerə bildirib ki, onun xidmətində maraqlı deyillər.