bazar ertəsi, 02 iyun 2025

BİZİM FUTBOL

Çempionlar Liqası: 19 yaşlı futbolçu həftənin ən yaxşısı oldu

08.11.2019 21:22 Oxundu 448

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı oyunçusu bəlli olub.

Cempion.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Real”ın üzvü Rodriqo seçilib. O, Əşrəf Hakimi (“Borussiya”), Keylor Navas (PSJ) və Son Hun-Mini (“Tottenhem”) qabaqlayıb.

Qeyd edək ki, 19 yarımmüdafiəçi “Qalatasaray” 6:0 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.