09.11.2019 12:00
412

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Bavariya"nı çalışdıra bilər.
Cempion.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, tərəflər arasında bununla bağlı danışıqlar gedir.
Bildirilib ki, portuqaliyalı mütəxəssis Münhen klubundan müddəti 2022-ci ilin iyununa kimi olan müqavilə tələb edir. Bundesliqa təmsilçisinin 56 yaşlı çalışdırıcının bu istəyi ilə bağlı düşündüyü vurğulanıb. Klubun yığma komandaların matçları ilə əlaqədar yaranan fasilə zamanı yekun qərarı verəcəyi gözlənilir.